“Atatürk Almaniyadan zəhərli qaz alıb” iddiası qalmaqala səbəb oldu - Akçay: "İnsanlıq düşməni olan liderlər yetişdirən bu dövlət..."

Oxundu: 255
“Atatürk Almaniyadan zəhərli qaz alıb” iddiası qalmaqala səbəb oldu - Akçay:

Almaniyanın dövlət televiziyası olan “ARD”-də yayımlanan bir sənədli filmdə Hitler zamanında Atatürkün Almaniyadan zəhərli qaz alması iddiasının yer alması Türkiyə ictimaiyyətində ciddi narazılıq yaradıb.

İslaminSesi xəbər verir ki, sözügedən iddiaya Almaniyada yaşayan türklər və Türkiyədəki siyasətçi və tarixçilər sərt reaksiya veriblər.

Altı dəqiqə davam edən və Tuncelidə çəkilən sənədli filmdə arxiv fotolarına yer verilib. Filmdə Atatürk təhqir edilib.

 

 

Sənədli filmi çəkənlər Türkiyə arxivində yer alan tarixi bir sənəddən istifadə etdiklərini bildirirlər. Həmin sənədə əsasən iddia edilir ki, Dərsim hadisələrini sakitləşdirmək üçün türk general zəhərli qaz tələb edib. Bu qaz da o zaman Hitlerin rəhbərlik etdiyi Almaniyadan alınıb.

 

Film efirə verildikdən sonra Almaniyada yaşayan türklər qarşı tərəfin reaksiyası olmadan belə bir proqramın hazırlanmasına etiraz ediblər. Bundan sonra kanal yazılı açıqlama verib və bildirib ki, Mustafa Kamal Atatürkü Hitlərə bənzətmək fikirləri olmayıb.

 

AKP-nin qrup başqanı Naci Bostançı məsələ ilə bağlı çıxış edərək qeyd edib ki, Almaniyada bir qrup şəxs insanlıq cinayətinə başqa ölkələri də ortaq etməyə çalışır: “Bununla da edilmiş cinayətləri normal hal kimi göstərməyə çalışırlar. Bu çərçivədə utanmadan Türkiyənin qurtuluş illərini və Atatürkü hədəf alırlar. Atatürkə dil uzatmaq bütün türk xalqına dil uzatmaqdır. Filmi şiddətlə qınayırıq”.

 

MHP Qrup başqan vəkili Ərkan Akçay isə bildirib ki, yer üzündə bütün totalitar rejimlərdən istifadə edən, insanlıq düşməni olan liderlər yetişdirən Almaniya bu kompleksdən, utanc hissindən qurtulmaq üçün Atatürkə, dolayısı yolla da Türk xalqına iftira atır./"Qafqazinfo"/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system