“Atasının doğum günündə qisas alıb” – Ramzan Kadırovla bağlı İDDİA

Oxundu: 257
“Atasının doğum günündə qisas alıb” – Ramzan Kadırovla bağlı İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırov sabiq səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə şübhəli şəxs ola bilər.

İslaminSesi Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri yazıb. Nəşrin yazdığına görə, bu vasitə ilə Kadırov atasının intiqamını alıb.

 

Məqalə müəllifləri iddia edir ki, səhra komandiri Şamil Basayevin tərəfdarı olub və 23 avqustda Berlində öldürülüb. Onun ölüm günü Ramzan Kadırovun atası Əhməd Kadırovun doğum gününə təsadüf edir: “Əhməd Kadırov 2004-cü ilin mayında Qroznıda terrakt nəticəsində öldürülüb. Hadisəyə görə məsuliyyəti Şamil Basayev götürüb”,- deyə məqalədə bildirilir.

 

Müəlliflər iddia edir ki, 15 il sonra Ramzan Kadırov atasının ölümünə görə qisas alıb: “Xanqoşvilini öldürən muzdlu qatilin adına verilən saxta pasportdakı soyad – Sokolov soyadı Çeçenistanda öldürülən rus kapitanın soyadı ilə eynidir”.

 

“Bild” yazır ki, hazırda xüsusi xidmət orqanları Kadırov və Rusiya hərbi kəşfiyyatının (“QRU”) müxtəlif ölkələrə muzdlu qatillər göndərib-göndərmədiyini araşdırır.

 
Facebook Comments

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system