NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 92

"Atası gələndən sonra toy edəcək..."- Dilqəm Əsgərovun qardaşı...

2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib.

 

İslaminSesi bildirir ki, Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov Moderator.az -a açıqlamasında kövrəlib. S.Əsgərov deyib ki, Kürdoğlu toysuz-düyünsüz ailə qurdu:

 

"Bəli, Kürdoğlu təxminən bir ay olar ki, ailə qurdu. Atasına görə hər şeydən imtina etdi. Nə olacaq, toysuz-düyünsüz ailə qurdu. Yəqin ki, atası gələndən sonra toy edəcək. Çox sağ olun”.

 

Qeyd edək ki, K.Əsgərov evlənməsi haqda Facebook səhifəsində yazıb:

 

"Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim. Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq".


Xatırladaq ki, 2014-cü ildə D. Əsgərov və Ş. Quliyev üzərində işğal altındakı Dağlıq Qarabağda qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system