NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Aşurafobların "Aşurada iraqlı ata oğlunun başını kəsdi" videosu saxta çıxdı - /VİDEO/

Oxundu: 1742
Aşurafobların

Hər il olduğu kimi bu ildə Aşura mərasimi Azərbaycanın bütün regionlarında möhtəşəm şəkildə qeyd edildi. Yüzminlərlə insanlar paytaxt Bakıda və regionlarda yerləşən məscidlərə axışaraq əziz İslam peyğəmbərin nəvəsi, müsəlmanların üçüncü İmamı Həzrəti Hüseyn(ə)-ma əzadarlıq etməklə öz məhəbbətlərini nümayiş etdirdilər

İslaminSesi.İnfo - Təbii ki, belə bir situasiyada Aşurafob və islamafob zehniyyətinin davamçılarının hər il olduğu kimi bu il də iftira və qaralama kampaniyası həyata keçirməsi gözlənilən idi.

 

Nəhayət dünən axşam saatlarında ölkədə fəaliyyət göstərən saytlardan biri heç bir mənbəsi olmayan və ərəblərə aid instagram səhifələrindən birində yayılmış və Aşuraya, şiələrə aidiyyəti olmayan videoxəbər yaydı.

 

“Aşura günündə ata oğlunun başını kəsdi - İraqda - +18” –başlıqlı xəbər sanki Aşurafoblar və islamafoblar üçün göydəndüşmə bir fürsət idi. Hər dəfə olduğu kimi xəbərin içinə və düzlüyünə baxmadan dərhal sosial şəbəkələrdə sözügedən məlumatı ateist və vəhhabi səhifələri tirajlamağa başladı.

 

Sözügedən xəbərlə bir qədər araşdırma aparmaq kifayət idi ki, həmin videonun yalan olduğu məlum olsun.


Yayımlanan xəbərdə iddia edilib ki, bir iraqlı ata Aşura günündə öz kiçik oğlunun başını kəsərək onu İmam Hüseyn (ə) yolunda qurban edib.

 

Lakin azacıq araşdırmadan sonra videonun 5 ay öncəyə həm də Kərkük dərvişlərinin “ayini”nə aid olduğu ortaya çıxıb.

 

Belə ki, bu videonun dünyanın bir çox bölgələrində eləcə də Kərkükdə yaşayan Qadiriyyə dərvişlərinin Rifaiyyə qanadına aid olduğu bəlli olub. Sünni və ya şiə məzhəbindən olmayan bu qrup Kərkükdə adətən də mövlud günlərində müxtəlif çalğı adətləri ilə avazlar və ahənglər oxuyur və bədənə müxtəlif kəsici alətlərlə xəsarət yetirməklə müxtəlif nümayişləri sərgiləyirlər.

 

Amma “İmam Hüseynə görə başı kəsilən uşağ”ın videosuna gəldikdə isə onun elə ilk baxışda real deyil, səhnələşdirilmiş olduğunu eləcə də şiə əzadarlıq ayini deyil, Qadiriyyə-Rifaiyyə dərvişlərinin ayini olduğu əldə edilir. Məsələn çalğı alətləri, qara deyil ağ geyimlər, kütlənin o cümlədən azyaşlıların orada hazır olması göstərir ki, bu səhnələşdirlmiş və Aşuraya aid olmayan görüntüdür.

 

Burada daha maraqlı məqam sözügedən videonun Aşuraya, şiələrə nisbət verən tərəfin kimliyidır. Azacıq araşdırmadan sonra məlum oldu ki, 5-6 ay bundan öncəyə aid olan videonu Aşuraya nisbət verən ilk şəxs təkfirçi və məzhəbçi Sam əl-Ğubari adında yəmənli bir “jurnalist”dir. O bu videonu 18 sentyabrda öz twitter səhifəsində paylaşıb və təxribat yaratmaq istəyən digər saytlar da onu dərc ediblər. Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki müharibəsini dəstəkləyən Sam əl-Ğubari paylaşdığı əksər yazılarında digər məzhəblərin xüsusilə də haşimiləri, şiələri və sair təhqir və təkfir edir. /salamnews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system