NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana!

Oxundu: 1493
Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana!

Aşura günü İmam Hüseynlə (ə) bərabər şəhid olan qadın özünü, oğlunu və həyat yoldaşını qurban etdi.

İslaminSesi.info- Kərbəla eşq və fədakarlıq meydanı idi. Bu döyüş haqqpərəstlərlə batilin, imanla küfrün savaşı idi. Aşiqlər özlərini Allahın dini yolunda, Onun höccəti qarşısında gözlərini qırpmadan fəda edirdilər. İstər kişi olsun, istər qadın, istər böyük olsun, istər kiçik!

 

Lakin cihad yalnız kişilərə vacib olduğu üçün İmam qadınlara meydana çıxmağa icazə vermirdi.  Cihad qadınlara vacib deyil. Bu səbəblə Kərbəlada döyüşmək onlara vacib deyildi. Lakin buna baxmayaraq İmam Hüseyn (ə) eşqi ilə Kərbəlada özlərini fəda edən qəhrəman qadınlar da olub. Mənbələrdə deyilir ki, Aşura günü döyüş meydanına atılan, şücaət göstərən üç qadın olub. Lakin yeganə şəhid qadın Ummu Vəhəbin adı çəkilir.

 

Qasit qəbiləsindən olan Ummi Vəhəb həyat yoldaşı Abdullah döyüş meydanına girəndə o da Abdullahla döyüşə atılırdı.

 

Ummu Vəhəb Aşura günü birinci oğlunu, sonra isə Abdullahı itirir. Oğlu birinci dəfə meydana girib bir dövrə düşmənlə çarpışıb geri qayıdır və anasına deyir: Məndən razısanmı?

 

Ummu Vəhəb cavab verir: Mən səndən o vaxt razı olaram ki, Hüseyn ibn Əlinin (ə) qarşısında şəhid olasan.

 

Beləcə oğlu geri dönür və şəhid olur. Qəhrəman qadın oğlunun ardınca həyat yoldaşı Abdullahı itirir. Abdullah meydana girəndə Ummu Vəhəb əlinə böyük bir ağac alıb həyat yoldaşının köməyinə gedir və onu tək qoymayacağını bildirir. Hadisəni müşayiət edən İmam (ə) ona səslənir:

 

 -Ey Ummu Vəhəb Allah sənə xeyir versin. Geri qadınların yanına qayıt. Orada dayan. Cihad qadınlara vacib deyil.

 

Ummu Vəhəb geri qadınların yanına qayıdır. Abdullah meydanda şəhid olanda o cəsur qadın həyat yoldaşının yanına gedir və onun başının üstündə oturub, üzünün qanını silir. Bunu görən məlun Şimr öz nökərinə əmr edir ki, qadını vursun. Qulam gedib Ummu Vəhəbin başından vurub öldürür. Beləcə Ummu Vəhəb Aşura gününün yeganə qadın şəhidi oldu.

 

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system