NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Astarada torpaq sürüşməsi aktivləşib

Oxundu: 256
Astarada torpaq sürüşməsi aktivləşib

Astarada 1 ev uçub, ətrafındakı evlər də eyni təhlükə ilə üz-üzədir.

İslaminSesi.info -nın verdiyi məlumata görə, mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.

 

Belə ki, ötən gecə kənd sakini, 70 yaşlı Təcrübə İsgəndərovanın 3 otaqlı evi tamamilə qəzalı vəziyyətə düşüb. Ev sahibinin sözlərinə görə, xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb.

 

Cənub bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir. Onlar gecələri evlərində rahat yata bilmirlər. Bəziləri qohumlarının evlərində qalmağa məcbur olublar.

 

Bildirilir ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır. Fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Məsələdən kənd icra nümayəndəliyinin məlumatı var.

 

Yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət edilib.

 

 
 
 
 
 
 
 
 
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system