NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

Oxundu: 268
Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

"İslaminSesi.info"  bildirir ki, DİN-dən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

 

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

 

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system