NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 412
Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri

Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri

Astaranın Vaqo kəndi ərazisində "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub.

"İslaminSesi.info" ARB TV-yə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ağır xəsarət alıb.

Onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı "VAZ 2106" markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir.

Dünyasının dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system