DÜNYA

Oxundu: 170
ASO radikallarının Afrində kürdlərin tarixi abidəsini yıxması ciddi etirazlara səbəb olub

ASO radikallarının Afrində kürdlərin tarixi abidəsini yıxması ciddi etirazlara səbəb olub

Türkiyə Ordusunun Afrin əməliyyatındakı müttəfiqi radikal təkfirçi düşüncəli “Azad Suriya Ordusu” Afrin şəhərini nəzarətə götürdükdən sonra, şəhərin mərkəzində yerləşən və kürdlərin "Dəmirçi Kave" abidəsini birinci gülləbaran ediblər və daha sonra onu yıxıblar.

İslaminSesi.info Suriya mətbuatına istinadla xəbər verir ki, radikal təkfirçi ASO silahlılarının bu addımı ciddi etirazlara səbəb olub.

 

Qeyd edək ki, Əfqanıstanda Talibanın, İraqda İŞİD-in olduğu kimi Suriyada da Ən-Nusra və ASO-nun tarixi abidələrə qənim kəsilmək, şirk adı ilə heykəlləri dağıtmaq baxımıdan olduqca qara tarixləri var.

 

ASO radikalları Afrindəki "Dəmirçi Kave" heykəlinin dağıdılmasını özləri sosial şəbəkədə yayımlayıblar. Lakin bu ciddi etirazla qarşılanıb.

 

Bunun ardından Türkiyə Silahlı Qüvvələri bəyanat verərək, bu hadisəni pisləyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system