NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 375
Arxeoloqlar İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya gedən yolunu müəyyənləşdiriblər

Arxeoloqlar İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya gedən yolunu müəyyənləşdiriblər

İraqlı arxeoloqlar bir sıra tarixi sənədlər və tapıntıları əldə ediblər. Bu tapıntılar vasitəsilə İmam Hüseynin və onun karvanının Məkkədən çıxıb, Kərbəlaya gedən yolunu dəqiq müəyyənləşdirmək mümkün olacaq.

İslaminSesi.info bu barədə İmam Hüseynin Ziyarətgahı İdarəsinin rəsmi saytına istinadla xəbər verir.

 

İmam Hüseynin Ziyarətgahı İdarəsinin Araşdırmalar Mərkəzinin sədri Əbdül-Əmir Qurəşinin məlumatına görə Məkkə-Kərbəla yolunda Rahima adlı yeni məntəqə aşkar edilib ki Nəcəfə yaxındır və İmam burada mənzil salıb.

 

Qeyd edək ki, İmam-Hüseynin karvanının Məkkə-Kərbəla yolunda və eləcə də Aşura faciəsindən sonra Kərbəla-Dəməşq yolunda bir sıra məqamları var ki, zəvvarlar buranı da ziyarət edir və onları diqqətdə saxlayırlar.

 

Bildirək ki, hicrətin 61-ci ilinin məhərrəm ayının 12-də artıq İmam Hüseynin əsir götürülmüş Əhli-Beyti(ə) Kufədə lənətlənmiş Ubeydullah ibni Ziyadın hüzuruna gətirilmişdilər.

 

Ubeydullah bir neçə gündən sonra əsirləri Dəməşqə Yezidin hüzuruna göndərdi. Hədislərə görə, əsirlər iki həftədən artıq yol getdilər və səfər ayının əvvəlində Şama çatdılar. Bütün bu müddət ərzində onlar lüt dəvələrlə aparılır, əsl döyüş əsirləri kimi nümayiş etdirilirdilər.

 

Mosulda “İmam Hüseynin başı” məqamının olması bundan xəbər verir ki, əsirlərin Şama aparılan yolu indiki Tikrit, Mosul, Sincar, Hələb və Bəl-Bəkdən keçərək Dəməşqə çatıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system