“Arif Hacılı Müsavatı çirkab içərisində boğur” - Rauf Arifoğlu

Oxundu: 67
“Arif Hacılı Müsavatı çirkab içərisində boğur” - Rauf Arifoğlu

“Həm Arif Hacılıya, həm də Müavat Partiyasına yazığım gəlir”.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

 

Baş redaktor “Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına qarşı olmadığını, əksinə vaxtilə onu dəstəklədiyini vurğulayıb.

 

“Arif Hacılı bizə qarşı çox qərəzli mövqedədir. “Yeni Müsavat” qəzeti məhz mühacirətlə bağlı Müsavat Partiyasınını indiki başqanının üstünə ittihamlar gələn məqamda keçmiş partiyamızı və Arif  Hacılını dəstəkləyən məqalələrlə çıxış edirdi. Arif Hacılı həmin məqalələri ya görməyib, ya da görmək istəmir. İkinci məsələ odur ki, hazırda radikal müxalifətdə təmsil olunan Xədicə İsmayıl başda olmaqla Müsavat Partiyasının rəhbərliyində olan bir sıra şəxslər Arif Hacılını ittiham edərək onu istefaya çağırırlar.

 

Lakin nədənsə Arif  Hacılının gözünə o çağırışları xəbər edən “Yeni Müsavat” qəzeti görünür. Onun mövqeyi olduqca qərəzli və yalandır. Başdan-ayağa problem içərisində olan, dönüb ətrafına baxıb ancaq “Yeni Müsavat” qəzetini görür. Ümumiyyətlə, Arif Hacılının siyasi fəaliyyəti son zamanlarda səhvlərdən ibarətdir. Nəfsinə yenik düşən bir adamın özü yaratdığı bir bataqlıqda çabalamağını çox təəssüflə izləyirəm. Çünki bu partiyanı mən qurmuşam və Arif Hacılı onu ittiham, çirkab içərisində boğmaqdadır. Həm Arif Hacılıya, həm də partiyaya yazığım gəlir”. 

 

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında “Yeni Müsavat” qəzetinin uzun müddətdir ki, mühacirət mövzusunda Müsavat Partiyasına qarşı kampaniya apardığını bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system