NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 255
  Arif Əsgərovun qohumuna hökm oxunub

Arif Əsgərovun qohumuna hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


"İslaminSesi.info" bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynov son söz deyib. O bildirib ki, niyyəti aldatmaq olmayıb, iş məqsədi ilə pul alıb, lakin pul batıb: "Pulun bir hissəsini qaytarmışam. Azyaşlı uşağımı nəzərə alın".

 

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması və vurulan ziyanının bir hissəsini ödəməsi yüngülləşdirici hal kimi qiymətləndirilib və ona 9 illik həbs cəzası verilib.

 

Qeyd edək ki, prokuror E. Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.apa

 

E. Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Barəsində həbs qətimkan tədbiri seçilən E. Hüseynovun məhkəməyə müraciətindən sonra ev dustaqlığına buraxılıb.

E. Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system