NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 6741
Aprel döyüşlərində Şergey Şoyqunun telefon zənginə rədd cavabı verilsə idi ...

Aprel döyüşlərində Şergey Şoyqunun telefon zənginə rədd cavabı verilsə idi ...

Fərhad Mehdiyev: “Əgər uzunmüddətli müharibə baş verirsə, öncə döyüşə hazırlaşan ölkə başqa bir dövlətin dəstəyini almalıdır”

Müdafiə naziri Zakir Həsənov xarici media orqanlarından birinə verdiyi müsahibəsində maraqlı məqamlara toxunub.  Aprel döyüşlərinə toxunan Zakir Həsənov  bu əməliyyatlara ordunun cəmi 15-20 faizinin cəlb edildiyini deyib.  Müdafiə naziri bildirib ki, döyüşlərin artıq ikinci günündə Rusiyanın müvafiq strukturları vasitəçilik fəaliyyətinə başladılar: “Məsələn, mənə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng vurdu. O dedi ki, “bu işi” dayandırmaq lazımdır, ölkə rəhbərləri bu haqda danışacaqlar. Habelə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş qərargah rəisinə zəng vurdu”. Zakir Həsənovun bu açıqlaması bir daha sübut edib ki, döyüşlər Rusiyanın təkidi ilə dayandırılıb.

 

Bəs görəsən Rusiya tərəfinin cəhdlərindən sonra döyüşləri dayandırmamaq mümkün idimi?. Əgər döyüşlər dayandırılmasa nə baş verərdi?

 

“İslaminSesi”nin ünvanladığı sualları politoloq Fərhad Mehdiyev cavablandırıb. Politoloq qeyd edib ki,  əgər uzunmüddətli müharibə baş verirsə, öncə döyüşə hazırlaşan ölkə başqa bir dövlətin dəstəyini almalıdır: “ Bu, hansı dövlətin müharibə zamanı qarşı cıxacağını, yaxud dəstəkləyəcəyini bilmək üçün vacibdir. Bu, müharibələrin çoxəsirlik qaydasıdır. Adətən belə razılaşmalar gizli aparılırdı. Yalnız bundan sonra bir dövlət digərinə hücum edirdi”.

 

Fərhad Mehdiyevin sözlərinə görə, aprel döyüşlərinin neçə günlük niyyətlə başladıldığını demək mümkün deyil: “ Amma razılaşmadan uzağı bir həftəlik müharibə aparmaq olar. Əsas “oyunçular” müharibə dayandırılmalıdır tələbini irəli sürdükdə, bunu sadəcə iki-üç gün uzatmaq mümkündür. Lakin daha sonra mütləq müharibə dayandırılmalıdır. Əks halda nələrin baş verəcəyini bilmək çətindir. Yəni qazanclardan daha çox itkilərin olması qaçılmazdır”.

 

Politoloq qeyd edib ki, proseslərə nəzər yetirsək, aprel döyüşlərində heç bir razılaşmanın olmadığını görə bilərik: “ Hətta böyük ehtimalla Türkiyə ilə də razılaşma olmamışdı. ABŞ ilə öncədən razılaşmadan isə söhbət gedə bilməz. Ancaq Azərbaycan Ermənistanla müharibəyə başlayacağı təqdirdə Türkiyə (çətin vəziyyətdə bizə dəstək verə bilər), Pakistan (yaxın müttəfiqlərdən biridir),  mütləq ya Rusiya, ya da ABŞ-la razılaşmalıdır. Yəni ya Rusiya, ya da ABŞ-ın bizim arxamızda dayanacağından əmin olmalıyıq. Əks halda uzunmüddətli müharibəyə başlamaqdan söhbət gedə bilməz. Eyni zamanda regionda nüfuz sahibi olan Rusiya şimaldan qoşunlarını Azərbaycana yeridə bilər. Bu Rusiya və Ermənistan arasındakı müqaviləyə əsasən həyata keçirilə bilər. Azərbaycan həmçinin qonşu dövlət olan İranla da müharibəyə başlayacağını razılaşdırmalıdır. Əgər heç kəslə razılaşdırmaq istəmiriksə, o zaman bizim nüvə silahımız olmalıdır. Yaxud da ermənistanı 3-4 gün içərisində məhv edə biləcək güclü silahlara sahiblənməliyik. Bütün bunlar olmadan uzunmüddətli müharibələrə başlamaq qeyri-mümkündür”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system