NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:56
  • ZÖHR 12:40
  • ŞAM 19:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Aprel döyüşçümüz xəstəxanaya yerləşdirildi- Səhhətində ciddi problemləri var...-FOTO

Oxundu: 448
Aprel döyüşçümüz xəstəxanaya yerləşdirildi- Səhhətində ciddi problemləri var...-FOTO

Aprel döyüşçümüz xəstəxanaya yerləşdirib. Aprel döyüşləri zamanı düşmənin atdığı qrat mərmisindən ağır yaralanan gizir Elşən Əzimov “M.Mirqasınov Adına Respublika Klinik Xəstəxanası”na yerləşdirilib. Hərbçimizin aldığı kontuziyadan sonra sinir damarları zədələnib. Buna görə də hərbçimizin ayağı tutulduğu üçün yeriməkdə əziyyət çəkir və həmçinin sağ əli də hərəkət etmir.

 
İslaminSesi bildirir ki, bununla bağlı Moderator.az-a hərbçimizin özü məlumat verib: 
 
“Həkimlər müalicə edirlər, çox sağ olsunlar. Amma Azərbaycanda aldığım müalicələrdən sonra özümdə elə də irəliləyiş hiss etmirəm. Bir neçə həkim bildirib ki, tam sağalmağım üçün Türkiyəyə getməliyəm. Orda sinir damarları ilə bağlı çox təcrübəli həkimlər var. Ötən il Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında da müalicə olundum, amma bütün bunlar müvəqqətidir. Burdakı müalicələrimin xeyri olmasa, ümid edirəm ki, dövlətimiz tərəfindən Türkiyədə müalicə olunmağım üçün köməklik göstəriləcək, çünki müalicəm üçün özümün maddi imkanım yoxdur”. 
 
Xatırladaq ki, baş gizir Eləş Əzimov on altı il ordumuzda xidmət edib. Ailəlidir, dörd övladı var.
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system