NAMAZ VAXTLARI:
  • FƏCR 06:01
  • GÜN 07:25
  • ZÖHR 12:25
  • ŞAM 17:43
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Antraktidaya getmək niyə qadağandır?

Oxundu: 4265
Antraktidaya getmək  niyə qadağandır?

Antraktida dünyanın ən maraqli yerlərindən biridir. Dünyada yeddinci qitə olaraq bilinir, amma böyüklük olaraq beşinci sırada durur. Çünki Avstraliyanın iki qatıdır və Avropadan böyükdür. Dünyanın ən soyuq və ən küləkli yeridir. Həmçinin inanmayacaqsınız, bəlkə də, Antraktida dünyanın ən quru yerlərindən biridir. Əslində coğrafi olaraq baxdıqda Antraktida da bir səhradır. Hətta bir yeri var, oraya 2 milyon ildir ki, yağış yağmır.

İslaminSesi bildirir ki, ora dünyanın ən quru yeridir. Makmurdo səhraları təxminən 4800 kvmetr ərazini əhatə edir. Buranın belə səhra olmasına səbəb Katabatik küləkləridir. Antraktidanın üstündəki atmosferdəki soyuq hava 1000 metr yüksəklikdən bu yerə şaquli düşür. Bu da o soyuq küləklərə səbəb olur. Bu küləklər saatda 320 metr sürətlə əsir. Bölgədə olan bütün nəmi sovurur. Elm adamları bu səhrada yüzlərlə il bundan əvvəl ölmüş heyvanlar tapıblar. Bu heyvanlar elə olduqları kimi qalıblar. 

 

Bəs belə bir sual meydana çıxır? Elm adamları ora gedə bilirlər, sıravi vətəndaşlar necə gedə bilər? 200 il əvvəl gedə bilməzdiniz. Hətta "Antraktidaya getmək olarmı?"- deyə soruşa bilməzdiniz. Çünki Antraktida kəşf olunmamışdı. Məsələn, bundan 400 il öncə "Marsa gedə bilərəm?" sualını verə bilərdiniz. Çünki 1610-cü ildə Qaliley oranı teleskopu ilə görməzdən əvvəl, bütün qədim xalqlara Mars tanış idi. Amma o zaman Marsdan belə xəbərdar olan xalqların beşinci qitədən xəbərləri yox idi. Qitə 1820-ci ildə ruslar tərəfindən kəşf olunsa da, qitəyə rəsmi olaraq ayaq 1911-ci ildə basıldı. Lakin 58 il sonra Aya ayaq basacaq insan üçün Antraktida hələ də sirr olaraq qalırdı. İndi haqqında çoxlu əfsanələr dolaşan Antraktida haqqında kifayət qədər  söz-söhbət var. Elə bu şayiələrdən biri də adi insanların Antraktidaya gedə bilməməsidir. 

 

Antraktidaya getmək üçün viza almaga ehtiyac yoxdur. Çünki ora heç bir dövlətin deyil. Siyasi olaraq heç hara bağlı deyil. Eyni ilə Ay kim, Mars kimi həm hər kəsə məxsus, həm də heç kəsin deyil. Müstəmləkə dövründə bir çox dövlət bura iddalı olduğunu desə də, 1959-cı bu qanuniləşdi. 1959-cu ildə 53 ölkə Antraktida müqaviləsinə qoşuldu. Bu müqaviləyə əsasən bu qitədə hərbi əməliyyatların keçirilməsi, mədənçilik işinin aparılması, nüvə silahının sınağı qadağan edildi. Qitə yalnız elmi araşdırmalara açıldı. Sadə vətəndaş isə ora gedə bilər. Amma...

 

Bu amma isə maliyyədə sıxıntıya düşür. Çünki minimum 50 min dollara ehtiyacınız ola bilər. İlin hər bir zamanında Antraktida 1000 nəfər yaşayır. Makmurdo səhraları dünyanən ən mikrobsuz yeridir. Ona görə elm adamları oranı Marsa bənzər yer adlandırıblar. Antraktidaya getmək qadağan deyil, oranı müstəmləkə etmək qadağandır. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system