Oxundu: 77
Antalyada keçirilmiş Lavrov-Çavuşoğlu-Zərif görüşünün yekunları

Antalyada keçirilmiş Lavrov-Çavuşoğlu-Zərif görüşünün yekunları

Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu bazar günü Antalyada keçirilən danışıqlar zamanı Suriya üzrə əsas məsələlər barədə razılığa gəliblər.

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə rusiya diplomatik idarəsinin başçısının görüşün yekunlarına dair jurnalistlərə verdiyi məlumatda deyilir.

 

 

"Biz üç ölkənin prezidentləri noyabrın 22-də Soçidə baş tutacaq sammitinə hazırlıq barədə konkret məsələləri müzakirə etmək üçün toplaşmışıq. İş çox faydalı idi, bütün əsas məsələlər üzrə razılığa gəldik", - deyə Lavrov bildirib.

 

Görüşlə bağlı Rusiya XİN idarəsindən bildirilib ki, tərəflər Suriyada zorakılığın səviyyəsinin azaldmasını müəyyən ediblər. Bu müəyyənetmə Suriya münaqişəsinin tərəfərinə silahlı qarşıdurmadan siyasi həllə doğru keçidə imkan verir.

 

"Suriyanın milli dialoqu Konqresinin təşkilinin bütün əsas məsələləri üzrə tövsiyələr razılaşdırılıb, onlar Soçidə 22 Noyabr görüşü ərəfəsində Rusiya, İran və Türkiyə prezidentlərinə təqdim ediləcək".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system