NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Anar Bağırov: "Üç ay əvvəl 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək"

Oxundu: 137
Anar Bağırov:

"Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir".

 

İslaminSesi "Report" a istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

 

O bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək: "Yəni, ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur".

 

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: "Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır".

 

A.Bağırovun sözlərinə görə, ilin sonunda kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system