Amerikan qüvvələri Suriyada vəziyyəti daha da çətinləşdirir – Rusiya

Oxundu: 269
Amerikan qüvvələri Suriyada vəziyyəti daha da çətinləşdirir – Rusiya

“Amerikanın Suriyada qalması yolverilməzdir”

 

İslaminSesi.info xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Leonid Slotski öz Facebook səhifəsində yazıb.

 

“İdlibdə və ərtaf məntəqələrdə sabitliyi pozan, mülki insanları hədəf alan, gərginliyin azaldılması məqsədi ilə aparılan razılaşmaların şərtlərini pozan terror yuvalarının qalması yolverilməzdir” deyən Leonid Slotski, Amerikan qüvvələrinin Suriyada qalması məsələsinə də toxunub.

 

Amerikanın Suriyadakı varlığını qanunsuz adlandıran Slotski, “ABŞ prezidenti Donald Trampın qüvvələrimizi Suruyadan çırxaracayıq deməsinə rəxmən hələ də Amerikan qüvvələri bölgəni tərk etməyib” deyərək ABŞ-ı Suriyanın ərzi bütövlüyünün bərpasında əsas maneə adlandırıb.

 

Leonid Slotski həmçinin Suriya böhranının siyasi yolla həllinin zəruriliyinə, qaçqınların öz vətənlərinə təhlükəsiz şəraitdə qaytarılmasının vacibliyi məsələsinə də toxunub.

 

Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri General Mixail Mezentsev də dünən mətbuata verdiyi açıqlamada Amerikanın və müttəfiq qüvvələrin Suriyada olması vəziyyəti daha da çətinləşdirdiyini deyərək ABŞ qüvvələrinin oradan çıxarılmasın vacibliyini bildirmişdi.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system