Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir

Oxundu: 80
Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir

ABŞ Konqresinin bir neçə üzvü martın 31-də işğal altındakı Qarabağ bölgəsində qondarma rejimin keçirəcəyi seçkilərə öz nümayəndələrini göndərəcək.

“Amerikanın Səsi” xidmətinin erməni xidməti bu barədə məlumat verib. Konqresmen Frenk Pallonenin baş məsləhətçisi Ceyms Consonun regiona səfəri artıq təsdiqlənib. Bundan başqa, konqresvumen Ceki Spayer və Adam Şifin də öz nümayəndələrini Qarabağa müşahidəçi qismində göndərəcəyi gözlənilir. 

 

Xatırladaq ki, martın 31-də işğal altındakı torpaqlarda “prezident və parlament seçkiləri” baş tutacaq./moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system