NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Amerikalı diplomat: "Qarabağ münaqişəsinin həlli prosesi yaxşı addımlarla davam edir"

Oxundu: 241
Amerikalı diplomat:

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ və Rusiya prezidentləri arasında baş tutan danışıqların gündəmində olmasa da, Minsk qrupunun statusunda dəyişiklik aparmaq üçün heç bir səbəb görümürəm".

 

İslaminSesi bildirir ki, bunu "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında iyulun 16-da Helsinkidə keçirilmiş görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktivləşdirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

 

U.Gill bu prosesdə aktivləşmənin mümkünlüyünə əminliyini bildirib: "Bu proses vaxt tələb edir. Ermənistan hökumətində dəyişiklik olub və bu, ola bilsin, müəyyən aktivlik üçün yol açır".

 

ABŞ-ın müvəqqəti işlər vəkili həmçinin növbəti bir neçə ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər edə biləcəyini də istisna etməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system