Amerika və İsrail Livan xalqını şantaj edir – Həsən Nəsrullah

Oxundu: 209
Amerika və İsrail Livan xalqını şantaj edir – Həsən Nəsrullah

Livan "Hizbullah"ı baş katibi Seyid Həsən Nəsrullah cümə günü etdiyi çıxışında Amerikanın və İsrailin digər ölkələrdə baş verən etirazlardan neçə faydalanmağa çalışdıqlarından danışıb.

 

İslaminSesi Sputnik-ə istinadən bildirir ki, Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah cümə günü axşam, Livanda və regionda baş verənləri təhlil edib.

 

Amerikalıların dünyada baş verən hər hansı bir hərəkata müdaxilə etdiyinə diqqət çəkən Həsən Nəsrullah, onların bu xalq hərakatlarından öz mənafelərinə necə istifadə etməyə can atmasından danışıb:

 

“Amerikalılar baş verən etirazlardan istifadə etməyə çalışırlar. Onlar bu etirazları müxtəlif formada cılvələndirir, bu etirazları dəstəklədiklərini bildirirlər. Lakin əsil həqiqətdə onların dedikləri bu dəstək Amerika maraqlarına xidmət edir. Bu ümumi bir qaydadır. Biz bunu Ərəb Baharında, Latın Amerikasında və Şərqi Asiyada açıq şəkildə gördük. Bu ümumi bir Amerika davranışıdır.”

 

Həmçinin Həsən Nəsrullah Amerika və İsrailin Livan xalqını aclıq və çətinliklə şantaş edərək bəzi seçimlər qarşısında qoyduğunu da bildirib.

 

Amerikanın İraqda, Livanda, hətta Yəməndə baş verənlər vasitəsi ilə İrana təzyiq göstərməyə çalışdığına diqqət çəkən Həsən Nəsrullah, Pomeonun Livanda baş verənlərə münasibətini gülünc adlandırıb:

“"Hizbullahı Livandan necə çıxara bilər? Bu, Amerikanın məsələyə yanaşmağın mənasızlığını və absurdluğunu göstərir."

 

Həmçinin İraq və Livanda baş verənlərin qəsdən İran və Hizbullaha nisbət verildiyini deyən Həsən Nəsrullah, onların hər yolla Hizbullahı Livanın siyasi sistemindən uzaqlaşdırmağa çalışdıqlarını xüsusi vurğulayıb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system