“Amerika təyyarəsi məni Quantanamoya aparacaqdı” – Evo Morales

Oxundu: 187
“Amerika təyyarəsi məni Quantanamoya aparacaqdı” – Evo Morales

Boliviyanın keçmiş prezidenti Evo Morales, hələ istefa verməmişdən öncə ABŞ-ın ona ölkədən qaçmaq üçün təyyarə təklif etdiyini açıqlayıb.

 

İslaminSesi bildirir ki, Boliviyanın bir neçə gün öncə istefa vermiş sabiq prezidenti Evo Morales, Meksikada “Reuters” agentliyinə ekskluziv müsahibə verib.

 

Meksikadan sığınacaq alan prezident Molares, hələ istefa verməmişdən ABŞ-ın ona ölkədən qaçmaq üçün xüsusi təyyarə təklif etdiyini deyib:

 

"Birləşmiş Ştatlar Boliviyanın dövlət katibi ilə əlaqə saxladı və bizi istədiyimiz hər yerə aparmaq üçün təyyarə göndərməyi təklif etdi. Lakin mən əmin idim ki, aparılacaq yerimiz Quantanamo olacaqdı.”

 

Həmçinin Evo Molares, xalqın narazılığını nəzərə alaraq yenidən prezident seçkiləri keçiriləcəyini, özünün isə müvəqqəti olaraq prezident vəzifəsini icra edəcəyini bildirib. O həmçinin "sağçı bir senator çevrilişə təşviq etdi" deyə buna planlı şəkildə mane olunduğuna işarə edib.

 

Xatırladaq ki, Boliviyanın 4-cü dəfə prezidenti seçilən Evo Morales, xalqın etirazı nəticəsində noyabırın 10-u tarixində vəzifəsindən istefa verib. Onun ardınca parlament sədri və birinci vitse-prezidenti də istefa ərizəsi təqdim edib. Meksikanın sığınacaq təklifini qəbul edən Molaris həmin ölkəyə sığınıb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system