NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Amerika senatoru: Tramp 2020-ci ilə həbsxanada ola bilər

Oxundu: 260
Amerika senatoru: Tramp 2020-ci ilə həbsxanada ola bilər

Massaçusets ştatından olan və 2020-ci il prezident seçkilərində iştirak edəcəyini bu yaxınlarda elan edən senator-demokrat Elizabet Uorren bildirib ki, səsvermə zamanı Donald Tramp həbsxanada ola bilər.

"2020-ci il yaxınlaşdıqda Donald Tramp prezident olmaya da bilər. Əslində onun azadlıqda olacağı da fakt deyil".

İslaminSesi-nin Life.ru-ya istinadən verdiyi xəbərə görə, onun bu sözlərini CNN sitat gətirir.

Çıxışı zamanı Uorren ABŞ-ın indiki prezidentini sərt tənqid edərək, onu "güclü sındırılmış sistemin"  simptomu adlandırıb. Senatorun fikrincə, bu sistem dövlətin birinci şəxsinə hər gün İnternetdə irqçi və fitnəkar tvit paylaşmağa, həmçinin "qara və dəhşətli" işlər görməyə icazə verir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system