Amerika Rukban düşərgəsi qaçqınlarının geri dönməsinə mane olur

Oxundu: 64
Amerika Rukban düşərgəsi qaçqınlarının geri dönməsinə mane olur

Moskva Amerikan qüvvələrinin Suriyalı qaçqınların məskunlaşdığı Rukban düşərgəsindəki insanların öz məmləkətlərinə geri dönməsinə mane olduğlarını bildirib.

 

İslaminSesi.info Almada.org-a istinadən bildirir ki, rəsmi Moskva, Birləşmiş Ştatları Suriyanın cənub-şərqindəki məcburi köçkünlərin məskunlaşdığı Rukban düşərgəsinin sökülməsinə, sakinlərinin əzablarına son qoyulub evlərinə qaytarılması üçün görülən işlərə mane olduğunu bildirib.

 

Rusiya Federasiyası Milli Müdafiə Mərkəzinin rəhbəri Mixayıl Mzentsevin bildirdiyinə görə Rukban düşərgəsində insanların vəziyyəti çox acınacaqlıdır.

 

“Bu gün ortaq təcili iclasın keçirilməsinə təcili ehtiyac var” deyən Mixayıl Mzentsev, Rukban düşərgəsinin sökülməsi və qaçqınların geri qayıtması ilə bağlı BMT-Rusiya fəaliyyətlərinə ABŞ-ın mane olduğunu bildirib.

 

Həmçinin Mzentsev indiyə qədər 2 milyon məcburi köçgünün geri qaytarılmasına yardım edildiyini nə bildirib.

 

Skynewsarabia-nın məlumatına görə BMT və Rusiyanın son vaxtlarda keçid dəhlizləri açana qədər Rukban düşərgəsində 40min-ə qədər insan çox ağır vəziyyətdə yaşayırdı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system