NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Amerika əsgərlərinin kabusu - Vyetnam müharibəsinin tunelləri

Oxundu: 3657
Amerika əsgərlərinin kabusu - Vyetnam müharibəsinin tunelləri

İslaminSesi bildirir ki, Vyetnam müharibəsindən çox dəhşətli məğlubiyyətlə çıxan ABŞ üçün hələ də yaddaşlarda qalan kabuslar var. Həmin kabuslardan biri də Vyetnamda partizanların istifadə etdiyi tunellər idi. Hazırda turistlər üçün açıq elan olunan bu tunellər öz gizliliyi ilə insanı dəhşətə salır.

 

İslaminSesi həmin fotoları sizə təqdim edir. 

1965-ci ildə başlayıb 1975-ci ilə qədər davam edən müharibədə partizanların istifadə etdiyi Cu Chi tunelləri amerikalııların qorxunc yuxularına çevrilmişdi. 

 

Bu tunellər kiçik ölçülü olann vyetnamlılar üçün yaradılmışdı. Hansısa amerikalı öz hündür boyu ilə oradan çətin keçərdi. Bu tunellərin digər xüsusiyyəti isə axar suya çıxışının olması idi. 

Bu tunellərin uzunluğu 200 kilometrə qədər uzanırdı. 

 

Tunellərin içində 1,5 metr yüksəkliyində 3 və ya 4 metr enində mətbəxlər və yataq otaqlaı da yaradılmışdı.

Amerikalə əsgərləri dəli edən Vietkong partizanları qəfil bu tunellərdən çıxaraq onlara hücum etmiş və sonradan qəfil yoxa çıxmışdılar. 

 

Tunelləri bayırdan sezmək mümkün deyildi. Girişləri yarpaqlara örtülü olan bu tunellərdə su basmasın deyə sədd sistemi qurulmuş və qaz verilməsinə qarşı isə dolanbaclı inşa olunmuşdular. 

Amerika əsgərləri görə bilmədikləri düşmənlə savaşırdılar.

Bir ara Amerika ordusunda bu partizanları tutmaq üçün "Tunel Siçanı" adlı komanda da yaradıldı. Bu komandaya ən sısqa əsgərlər daxil edilsə də, tunelə girən heç bir əsgər geriyə qayıda bilməmişdi. 

 

Tunellərin hamısında bubi tələləri qurulmuşdu. 

 

 

 

 

 

Ülviyyə Tahir

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system