NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 125
Altı tələbənin ölümünə səbəb olan sürücünün əvvəl də eyni cinayətə məhkum edildiyi məlum olub

Altı tələbənin ölümünə səbəb olan sürücünün əvvəl də eyni cinayətə məhkum edildiyi məlum olub

Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun eyni xarakterli cinayətə görə məhkum edildiyi məlum olub.


İslamınSəsi bildirir APA-nın xəbərinə görə, N. Hüseynov 15 aprel 2013-cü ildə idarə etdiyi "Ford" markalı mikroavtobusla Abşeron rayon Xırdalan şəhərində yol keçən piyada Ərzuman Məcidovu vuraraq, sağlamlığına az ağır xəsarət yetirib. Buna görə, N. Hüseynov Abşeron Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmü ilə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

 

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

 

N. Hüseynovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system