Altı övladını vətən yolunda şəhid verən Ana dünyasını dəyişdi – Suriya (Video)

Oxundu: 1793
Altı övladını vətən yolunda şəhid verən Ana dünyasını dəyişdi – Suriya (Video)

Suriyada baş verən daxili müharibədə 6 övladını vətənin bütövlüyü yolunda qurban vermiş “Suriya Həbib Əli Ummu Həysəm” adlı yaşlı ana dünyasını dəyişib.

 

İslaminSesi xəbər verir ki, bu barədə Suriya KİV-i və sosial şəbəkələrdə hüznlə paylaşımlar edilir.

 

Xatırladaq ki, Suriya Həbib Əli adlı yaşlı ana 2016-cı ildən sosial şəbəkələrdə məşhur olub. Bu ana həmin illərdə 5-ci övladını itirməklə gündəmə gəldi və həmin vaxtlar ananın mediada yayımlanan çıxışları İŞİD terrorçuları ilə mücadilə aparan vətən sevər insanlara ruh yüksəkliyi verirdi.

 

Suriya mətbuatı ananın çətin yaşam tərzindən, hətta hökümətdən heç bir yardım qəbul etmədiyindən yazır. Onun dəfnində məhdud sayda yaxınlarının olduğu qeyd olunur.

 

Qeyd edək ki, vətən qədri bilən, bir qarış vətən torpağı üçün canını verməyə hazır övladları məhz analar yetişdirir.

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system