NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Almazbek Atambayev təslim olub

Oxundu: 80
Almazbek Atambayev təslim olub

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.

 

"İslaminSesi" bildirir ki, APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sabiq Prezident özü təslim olub.

 

Qırğızıstan Sosial Demokrat Partiyasının nümayəndəsi Kunduz Joldubayeva və A. Atambayevin tərəfdarı Fərid Niyazov sabiq Prezidentlə birlikdədir.

 

A. Atambayevin vəkili bildirib ki, keçmiş Prezidentin hara aparıldığından xəbərsizdir. 

 

Qırğızıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, A. Atambayev Nazirliyin Baş İstintaq İdarəsinə təhvil verilib.

 

Qeyd edək ki, ötən gün A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasında A. Atambayevi ölkə Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda ittiham edib.  

 

Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.  

 

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system