Almaniyada 9 nəfər güllələndi - Ölənlərdən 5-i türkdür

Oxundu: 99
Almaniyada 9 nəfər güllələndi - Ölənlərdən 5-i türkdür

Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

Nargilə qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

 

Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.


Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.


“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.


Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.


Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 11 nəfərdən 5-inin türk olduğu iddia edilir./Oxu24.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system