NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Almaniya XİN: İranla nüvə sazişi Avropanın təhlükəsizliyi üçün VACİBDİR

Oxundu: 310
Almaniya XİN: İranla nüvə sazişi Avropanın təhlükəsizliyi üçün VACİBDİR

Avropa Birliyi ölkələri Avropa təhlükəsizliyi üçün İran atomu üzrə sazişin əhəmiyyətini yekdilliliklə təsdiqləyirlər.

İslaminSesi-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda bü gün Almaniya xarici işlər naziri Hayko Maas Brüsseldə AB toplantısına gələrkən bildirib.

 

"Avropada bu razılaşmanın bizim təhlükəsizliyimiz üçün lazım olduğunu təsdiqləyirlər. Heç kim İranın atom bombasına sahib olmasını istəmir. Razılaşmanın hədəfi də məhz budur", - deyə o vurğulayıb.

 

Maasın sözlərinə əsasən, AB Tehranla bu razılıqları "gələcək münasibətlərin təməli" kimi qiymətləndirir və onlara bundan sonra da əməl etməyə çalışılacaq.

 

Xatırladaq ki, 8 may 2018-ci il tarixində ABŞ prezidenti Donald Tramp İran nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planından (BHİP) Vaşinqtonun birtərəfli çıxışı haqda elan etmişdi. Noyabrda isə, neft alınması daxil, İrana qarşı sanksiyalar bərpa olunmuşdu.

 

BHİP sazişi 2015-ci ildə bağlanıb və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının, ABŞ və Avropa Birliyinin birtərəfli məhdudlaşdırıcı ölçülərinin ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırırdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system