NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Almaniya kansleri Merkeldən tarixi etiraf: “Çox gec anladıq”

Oxundu: 3077
Almaniya kansleri Merkeldən tarixi etiraf: “Çox gec anladıq”

Almaniya Qaçqın və Miqrasiya təşkilatının 40-cı yubileyində iştirak edən Kansler Angela Merkel maraqlı açıqlamalar verib.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, Merkel ilk dəfə olaraq Almaniyanın bir miqrasiya ölkəsi olduğunu etiraf edib.

 

O, bildirib ki,  Miqrasiya azlığın yox, bir cəmiyyətin siyasətidir. Almaniya artıq dünyaya açıq bir ölkədir. Lakin Merkel vurğulayıb ki, o və partiyası Almaniyanın qaçqın dövləti olduğunu uzun zamandan sonra anlaya bilib.

 

Baş nazir vurğulayıb ki, iqtisadi perspektiv baxımından  hər bir  ixtisaslı insan Almaniya üçün əhəmiyyətlidir.  Hətta Merkel gələcəkdə xaricdən gələcək keyfiyyətli işçi qüvvəsinə ehtiyac olacağını da gizlətməyib. Merkel əlavə edib ki, miqrantları və cəmiyyətimizin bir parçası olmaq istəyən qaçqınları hər sahədə dəstəkləməyə davam edəcəklər.  

 

 Miqrasiya, Qaçqın və Harmoniya  üzrə dövlət naziri Annete Vidman Mauz isə çıxışında qaçqınlara yönəlik irqçi hücumları pisləyib və bunun yolverilməz olduğunu dilə gətirib.   

 

40 il ərzində ölkəsinin böyük bir miqrant yolu keçdiyini deyən Mauz, bu gün Almaniyada hər dörd nəfərdən birinin  köç hekayəsinin olduğunu vurğulayıb.  Bu müxtəlifliyi bir dəyər və ölkə üçün şans kimi qiymətləndirməyin vacibliyini ifadə edib.   

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system