NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"

Oxundu: 259
 Allahşükür Paşazadə:

Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik.

"İslaminSesi.info" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

 

O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdurmalar və çətinliklər yaradır: 

 

“Televiziyada 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz 20 Yanvar hadisəsi zamanı belə qırğının şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik”.

 

A.Paşazadə qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir: 

 

“Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə edilir. Orada minlərlə insanın qırılması bütün müsəlmanları hədəfə almaq deməkdir.

 

Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlar atılmalıdır. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system