NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 244
Allahın Siddiq bəndələri - Onlar kimlərdir?

Allahın Siddiq bəndələri - Onlar kimlərdir?

Hədislərə əsasən Nisa qurəsinin 69-cu ayəsində gələn “Siddiqlər” dinin bütün şərtlərini əməli ilə təsdiq edənlərə deyilir.

İslaminSesi.info – Mütəal Allah Qurani-Kərimdə yüksək rütbəli bəndələrini belə sadalayır:

 

Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (Nisa -69)

 

Burada gələn Siddiq rütbəsi də diqqət çəkir.

 

Bu rütbəyə və məqama kimlər yüksələ bilər? Bunun üçün imamlardan nəql edilən bir hədisə diqqət yetirək.

 

İmam Sadiq buyurub:

 

“Allah Musa ibni İmranı xilas edəndə buyurdu: Ey Musa mən mömin bəndədən gözəl bir mövcud xəlq etməmişəm. Mən onu imtahan edəndə ona xeyir olanı edirəm. Mən ona nəyin uyğun olduğunu bilirəm. Elə isə o, mənim imtahanıma səbr etməli, nemətlərimin qarşılığında şükr etməli və mənim qəzavü-qədərimlə razılaşmalıdır. O zaman mən onu Siddiqlərdən yazacağam.” (Bihalu-Ənvar, 10-130)

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system