NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 334
Allahın Rəsulu (s) dolanışığını necə təmin edirdi?

Allahın Rəsulu (s) dolanışığını necə təmin edirdi?

Allah Rəsulu (s) buyurub: Əlinizin zəhmətini yeyin!

İslaminSesi.info - İnsan həm dünyəvi, həm də uxrəvi (axirət) bir varlığdır. O dünyada yaşadığı müddətdə öz dünya ehtiyaclarını, həyat ücün zəruru olan təlabatlarını ödəmək məcburuyyətindədir. Bunun üçün insan gərək ya zəhmət çəksin, müxtəlif yollarla öz ehtiyacını ödəsin, ya da öz dolanışığını başqalarının öh dəsinə qoysun. Yaşamaq üçün bu iki yoldan başqa diğər alternativ seçsin ki, bu ikisindən başqa yol yoxdur. İkinci yol təbii ki, heç kəs tərəfindən bəyənilmir. Bu yalnız istisna hallarda yol veriləndir.

Allah Rəsulu (s) əlinizin zəhmətini yeyin deyə buyurub. Yəni hər kəs özünün və ailəsinin ehtiyacını özü əldə etsin. Bu həm başqalarını zəhmətə salmamaq üçün, həm də insan şəxsiyyətinin hifz edilməsi üçün çox mühüm məsələdir. 

Qurani Kərimdə Allah Rəsulu (s) bizim üçün örnək gətirilib: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir (Əhzab-21).

Quranın bizim üçün qeydsiz gətirdiyi örnək, o deməkdir ki, Peyğəmbər (s) qeydsiz olaraq bütün sahədə bizə örnəkdir. Elə isə Allah Rəsulu (s) işləmək və öz məişət xərclərini əldə etməkdə də bizə örnəkdirmi? Yoxsa Peyğəmbərimiz ümumiyyətlə heç kəsb və qazanc əldə etməzdi?

Peyğəmbərin (s) uşaqlıq və yeniyetməlik dövru qısa şəkildə də olsa çoxlarına məlumdur. O Həzrat (s) uşaq ikən əsasən çobanlıq, heyhavdarlıq, gənc yaşında isə ə ticarətlə məşğul olardı. Sonrakı dövür isə bir neçə il o Həzrət üçün çətin və qeyri sabit keçmişdir. Ömrünün neçə ilini təzyiq altında keçirmişdir. Onun (s) həyatı Mədinəyə hiçrətdən sonra qismənsabit və sakitlik ahına düşür. Lakin bütün bu çətinliklərə baxmayaraq o Həzrət hamı kimi öz məişətini özü təmin edərdi.

Allah Rəsulunun (s) həyat fəaliyyəti əsasən 3 yerə bölünür:


Əkinçilk
Döyüşlər
Hədiyyələr

-Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra mədinəlilər o Həzrətə (s) torpaq sahəsi verdilər. Peyğəmbər (s) hamı kimi torpağı becərər, müxtəlif məhsullar əldə edib hamı kimi dolanardı.

-Döyüşlər də mühüm məsələdir. Peyğəmbər şəxsən döyüşlərdə iştirak edir, işlam düşmənlərinə qarşı mübarizə aparırdı. Müsəlmanlar üçün bu döyüşlər həyat əhəmiyyətli idi. Hər kəs kimi Peyğəmbər (s) də bu döyüşlərdən əldə edilən qənimətlərdən pay sahibi idi:
İman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! (Ənfal-41).


Allahın bu lütfü heç kəsin çəkə bilmədiyi əziyyətlərə, peyğəmbərlik, xəlifəlik, imamlıq yükü müqabilində öz peyğəmbərinə bir mukafat idi.


-Hədiyyələr; Nə çox insanlar varidiki öz canlarını, mallarını Allah Rəsuluna (s) fəda etməyi özlərinə şərəf bilirdilər. Hətta Yəhudilərdən belə hədiyyə edənlər var idi. Məsələn Muxeyriq adında bir yəhudi Peyğəmbərə bağı olan bir sahə hədiyyə etmişdi( İnb Həcər Əsqəlani. Darul-kitab. Cild-6.səh-46).

Bütün bu imkanlara baxmayaraq Allah Rəsulu (s) var dövlət toplamır, hər kəsə nümunə olacaq tərzdə sadə həyat tərzi yaşayırdı.


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system