İSLAM

Oxundu: 181
Allahın kitabı qorxudandır, yoxsa müjdə verən?

Allahın kitabı qorxudandır, yoxsa müjdə verən?

Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

İslaminSesi.info- Peyğəmbər, nəbi, rəsul ümumi olaraq eyni mənanı ifadə edirlər. Bu kəlimələri eşitdikdə ilkin zehnə gələn məna Allahın elçiləri , Allah kitabının daşıyıcıları nəzərdə tutulur. Din, nəbi və kitab məfhumları bir birindən ayrılmazdır. Allah Təala bəşər yaranandan daima insanlar arasından bu yükü daşıya biləcək insanları seçmiş və vəhy əmanətini onlara təslim etmişdir. Onların da vəzifəsi insanları bu vəhydən xəbərdar etməkdir. 

 

Bəli baxmayaraq ki, peyğəmbərlərin vəzifəsi çox ağır və əziyyətlidir, onların vəzifəsi yalnız ilahi əmrləri çatdırmaqdır. Bu yolda bütün peyğəmbərlər öz vəzifələrini layiqincə yernə yetirmiş, heç biri öz vəzifəsində, həyatının müxtəlif sahələrində  heç bir səhvə və xoşa gəlməz amillərə yol verməmişlər. Elə bu səbəbdən də onlara seçilmiş insanlar deyilir. Çünki onları Allah seçib və Allah paklayıb. Bu baxımdan bütün peyğəmbərlər arasında heç bir fərq yoxdur və hamısının ehtiramı vacibdir.

 

Qurani Kərimdə Allah Təala Öz elçilərinin göndərilməsini bir çox səbəblərlə qeyd edib. Məsələn qorxudan, müjdə verən, öyrədən, xatırladan, paklayan, günahlardan təmizləyən (onlar üçün əfv diləyən), rəhbər, başçı, hakim və sair. Bütün bunlar arasında ən çox qeyd olunan qorxudan və müjdə verən ifadələridir. İlkin baxışda bu kəlimələr zidd görünə bilir. Lakin diqqət etdikdə məsələnin mahiyyətini anlamaq olur.

 

Həmçinin təfsir və hədislərə əsasən:

 

Müjdə verən mənası insanlara xoş aqibət vəd edən mənasındadır. İstər dünyada olsun, istər axirətdə olsun Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir.

 

Qorxudan isə pis əməl sahiblərinə nisbət verilir. Necəki iman gətirənləri müjdələyir, həmçinin şirk və günah əhlini də təhdid edir:

 

Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

 

 

Qurani Kərim Allah Təalanın kitabı olaraq onda rəhmət, hikmət, şəfa, mərhəmət vardır:

 

Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.   (İsra-82)

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system