NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 361
Allahı tanımaq fitridirsə onda insanların hamısı nəyə görə haqq yolda deyillər?

Allahı tanımaq fitridirsə onda insanların hamısı nəyə görə haqq yolda deyillər?

Fitrətimiz bizi Rəbbimizə doğru aparırmı? Bəs inkarçılıq hardan doğur?

İnsanda iki əsas mərkəz: Ağıl və qəlb fəaliyyət göstərir.

 

İslaminSesi.info - İnsan Allah Təalanın yaratdığı və onu aləmdə məsul etdiyi bir varlıqdır. Bunu hər bir ağıl sahibi görür və təsdiq edir. Amma bununla belə anlaşılmayan məqamlar, müxtəlif yanaşmalar vardır. Hər bir məsələnın həllini tapmaq üçün ilk öncə o məsələyə düzgün yanaşmaq, sualı düzgün istiqamətləndirmək lazımdır.

 

İnsanın fitrəti barəsində də məsələ bu cürdür. Bir qism insanlar Qurani Kərimin (Rum-30) ayəsinə əsasən Allahı tanımanın, ona ibadətin fitri olduğunu qeyd edirlər: (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz.

 

Ortaya belə bir sual çıxır, görəsən Allahı tanımaq fitridirsə niyə insanlar hamısı haqq yolda deyillər? Bu suala Mərhum Şəhid Mürtəza Mutəhhəri elmindən ilham alaraq cavab veririk.

 

İnsan ruhdan və cisimdə ibarət olan bir varlıqdır. Onun şəxsiyyətini, keyfiyyətini onun ruhu təşkil edir. Yəni insanı bir şəxsiyyət olaraq mənəvi keyfiyyətləri əks etdirir. Cisminin böyük və kiçikliyi onun şəxsiyyətinin göstəricisi ola bilməz. Ümumiyyətlə insanda iki mərkəz fəaliyyət göstərir: Qəlb və ağıl.

 

Qəlbə bəzən fitrət də deyilir. Yəni sevinc, kədər, tənhalıqdan qurtarmaq hissi kimi bütün hisslər fitrətdə və ya ruhda cəm olur. İnsanın Allah axtarma, məbuda ibadət hissi burdan qaynaqlanır. İnsan fitrətən özündə bir məbuda, bir sığınacağa, fövqəl adi bir gücə, heç bir varlığın yetişə bilməyəcəyi bir əzəmət sahibinə, yaxud böyük bir müşkülünün həll olduğu (ölümdən qurtarmaq kimi) anlarda təşəkkür edəcək bir ali varlığın sorağındadır. Bu onun axtarış hissidir. Fitrət (qəlb) daima bu sorağdadır. Amma bu o demək deyil ki, bu sorağ daima onu haqqa götürəcək. Belə olsaydı bütpərəst, ateist olmazdı ki,....

 

İkinci mərkəz isə, ağıldır. Ağılın vəzifəsi analiz və təhlil etməkdir. Bu səbəbdəndir ki, islamda on beş yaşı tamam olmayan (yaxud başqa şərt) təklif (vəzifə) sahibi deyildir. Ağıl fitrətin tələbi ilə məbud sorağına çıxır. Əgər insan yanlış məbud seçərsə nöqsan onun ağlındadır. Necəki İmam Sadiq (ə) “ Ağıl Allahı tanımaq üçündür” deyə buyurub. Bu hədisə əsasən əgər bir kəs həqiqi məbudunu tapa bilməyib bütpərəst, yaxud əhli inkar olarsa problem onun ağlındadır.

 

İnsanın Allahı tanımasında tək fitrət (qəlb, ruh) kifayət eləmir. O bu yola həm bütün daxili aləmi, həmdə ağlı ilə çıxmalıdır. Fitrət bu meyli tələb edir, ağıl isə axtarıb tapır.


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system