Allahı tanımağın yolu agahlıqdan keçir – Nübuvvət və imamətin zərurəti

Oxundu: 227
Allahı tanımağın yolu agahlıqdan keçir – Nübuvvət və imamətin zərurəti

" Həqiqətən dinin əsası Allahı tanımagdadır ( mərifətli və agah olmaqdadır)" - Musa Əs Sədr

 

Mərifət ərəb məşəli sözdür ki tanımaq, dərindən bilmək, agah olmaq kimi mənaları özündə əhatə edir. Elm oxuma, eşitmə, təcrübə etmək yolu ilə əldə olunursa, agahlıq və ya mərifət düşünmək, tədəbbür yolu ilə əldə olunur. Rağib İsfahani özünün Əl- Mufradat əsərində belə qeyd edir: " Mərifət ( bilmək) və irfanın ( agahlığın) əlaməti təfəkkür və yaxşı düşünmək ilə bir şeyin dərkidir. Necəki filankəsin Allahı bildiyi deyil, tanıdığı deyilir."


Bir çox ictimai bəlaların kökündə agahsızliq dayanmaqdadir. Bir çox alimlərin belə əldə etdikləri elimləri agahsızlıq səbəbindən onlara fayda verməmişdi. Təssüb, təkəbbür, qorxu, şəhvət, tamah kimi hisslər insanın mərifətsizliyinə səbəb olar. Bəzi təbəqənin mərifətsizliyinin səbəbi isə məlumatsızliqdır.
Məlumatsızlıq və agahsızlıq insanın səhf addım atmasına səbəb olur.


Agahlıq iki növə bölmək olar: maddi və mücərrəd.

 

Maddi agahlıq zahiri hiss üzvləri və təcrübə yolu ilə dərk olunar. Soyuq və istiliyin nə olduğünü bilməyimiz üçün əlimizi soyuq və qaynar maddə və ya mayeyə tərəf uzadaraq dərk edirik.

 

Mücərrəd agahlıq isə təfəkkür - tədəbbür ( yaxşı düşünmək) yolu ilə dərk olunur: "Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər."- Bəqərə 171

 


Bütün peyğəmbərlərin gəlişində səbəb insanları İlahi və mücərrəd agahlığa tərəf yönəltmək idi. İslamın ilk dövrlərində Məkkədə yaşayan müşriklər Allahın varlığına etiqad bəsləyirdilər. Sadəcə onlar belə dûsunurdulər ki, yer üzündə baş verən hər hansısa bir hadisə və ya məsələdə Allahın heç bir iradə və istəyi yoxdur. Bu düşüncə ilə onlar bütlər düzəldərək onlara tapınırdılar. İslam Peyğəmbərinin gəlişı bu batil ənənə və inancın məhv olmasına səbəb oldu.

 

Əsirlərlə bu inancda olan kəslərin anidən olaraq inanclarına qarşı çıxmaq mümkün deyildi. Bu səbəbə Muhəmməd peyğəmbər (s) Allahı tanitdırmamişdan əvvəl ilk öncə doğru və sədaqətliyi, müsbət keyfiyyətli əxlaqı və əminliyi, qorxmaz və mərdliyi, iti zəkası ilə özünü tanitdirdı. Quran buna belə işarə edir: Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.-Qələm-4.

 

Allah Rəsulunun əxlaqi keyfiyyətləri insanların qəlbinə yol açdı. Özünün kimliyini agah etdikdən sonra insanları Xaliqin kimliyi və işləri ilə tanış etdi. İslamın təqdim etdiyi Tanrı həmən dövürdə yaşayan Məsihi və Yəhudilərin təqdim etdiyi Allahdan tam fərqlənirdi. Maddi aləmin, şəhvət və tamahın əsarətinə çevrilmiş insanlar öz agahlığlarını itirmiş və istənilən cinayətə əl atmışdılar. Onlar özlərinin din-alimlik statusundan sui istifadə edərək insanlarla Allah istəyən kimi deyil, nəfslərinin istədiyi kimi rəftar edirdilər:" (Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən, onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir."-Bəqərə-146

Allah Rəsulunun (s) gəlişi bütləşmiş qəlblərin dağıdılmasına səbəb oldu. İnanc, etiqad insan həyatının qurucusudur. İnsanın İlahi agahlıga aparan yol tövbə suyu ilə qüsüllanmış qəlbdədir. İnsanların qəlblərindəki bütlərin sındırılması dan ötrü peyğəmbər (s) iyirmi üç ilini sərf etdi. İlahi mərifətə aparan yolları insanlara təqdim etdi. Dünyanın maddi nemətlərinə bağlılığın agahlıqdan məhrum edilməsinin başlıca amillərdən olduğunu vurğuladı. İlahi agahlığin yolu vacib kimi sayılan ibadətlərin icrasında, insanlığın xidmətində, doğru və sədaqətdə, insanların biri birinə olan sevgi və mərhəmətində olduğunu vurğuladı. Allahın Rəsulu (s) insanlara öz töhfələri ilə şeytan kimi böyük düşməni, pisliklərə səsləyən nəfsi agah etdi. Qəlbləri möhürlənmiş şəxslər, şeytan və şeytan niyyətli insanlar bu agahlığa dözə bilməyib Allah Rəsulu (s) ilə mübarizə başladılar. Özlərini müsəlman kimi təqdim edən Əbu Süfyan kimi səhabələr hətta Allah Rəsulunun (s) son günlərində xəstəliyini fürsət bilərək özlərinin çirkin missiyalarını həyata keçirib, Allah Rəsulunun (s) son günlərində yazacağı önəmli nəsihətə süni maneçilik belə törədirlər. Lakin peyğəmbər (s)  xəbis niyyətli insanlardan xəbərdar və agah idi. Ölümündən əvvəl öz ümmətini onlara özündən sonra agahlığa aparan şəxsi təqdim etmiş və buyurmuşdur- Əlidən agah olan məndən agah olan kəsdir, məndən agah olan isə Allahdan agah olan kəsdir (hədis deyil). Bu səbəbə İmam Əlini (ə) özünün ölümündən sonra baş verəcək böyük bir fitnədən agah etdi. Peyğəmbərin vəfatından sonra böyük bir fitnə baş verdi. Qəlblərində mərəz olan bütün kəsləri bəlli və aşikar etdi.

 

Çağdaş dövrümüzdə də bu cür qəlbi xəstələri müşahidə edə bilərik. Hansıki onlar insanları müxtəlif vasitələr ilə İlahi agahlıq dan məhrum etmək istəyirlər. Allahı cismə bənzədərək, göz, əl və ayağının olduğünu vurgulayırlar. Bu bənzətmə müşrikliyin və cəhalət dövrün nişanələrindəndir. Allahın tanımağin yolu, Peyğəmbər və Əhli Beytdən keçir. Lə ilahə illallah bir qaladır ki onun sütünlari peyğəmbərlik və imamətdir.

 

İslaminSesi.info
Elnur Əli oğlu

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system