İSLAM

Oxundu: 185
Allah Rəsulunun (s) hicrəti- Yeni dünya təqvimi

Allah Rəsulunun (s) hicrəti- Yeni dünya təqvimi

Rəbul-əvvəl ayının biri İslam peyğəmbərinin (s) Məkkədən Yəsribə hicrət etdiyi gündür.

İslaminSesi.info- İslam dini və islam coğrafiyası indiki vəziyyətinə heç də asanlıqla gəlib çıxmayıb. İslamın ilkin çağlarında müsəlmanların vəziyyəti çox ağır və acınacaqlı idi. Hətta Allahın peyğəmbərinin (s) çəkdiyi çətinlikləri belə insan düşünəndə heyrətə gəlir. Məkkəliər peyğəmbəri (s) və ilk müsəlmanları incidir, hətta öldürməkdən belə çəkinmirdilər. Peyğəmbərin (s) yoluna tikan tökür, evlərin damından o Həzrətin (s) mübarək vücuduna zir-zibil tullayırdılar.

 

Bu pis əməlləri ilə heç bir nəticə əlıdə edə bilməyən Məkkə müşrükləri nəticədə peyğəmbəri (s) qətl etmək qərarına gəldilər. Hər tayfadan bir nəfəri seçib, əl qılınclı o Həzrətin evinə göndərdilər. Lakin Allahın iradəsi onların fitnəsinə mane oldu. Hz. Cəbrayılın xəbər gətirməsi ilə Allah Rəsulu (s) Hz. Əlini (ə) öz yatağında yatızdırıb, özü Məkkəni tərk etdi.

 

Bu hadisə İslam peyğəmbərinin (s) hicrəti idi. Bu hicrət bir neçə nəfərdən ibarət olan kiçik islamı camiənin böyüməsi, yeni islam xilafətinin əsasının qoyulması demək idi. Az bir vaxtdan sonra artıq mərkəzi Yəsrib olan yeni islami cəmiyyət dünyada imperiyaların  belə hesablaşdığı bir xilafətə çevrildi.

 

İslam peyğəmbərinin (s) hicrəti yeni dövlətin əsasını qoymaqla bərabər yeni tarixin, yeni eranın əsasını da qoydu. Artıq yeni bir mədəniyyət, yeni bir ideologiya formalaşırdı. Həm İslamın əhatə etdiyi coğrafiyanın əhalisi, həm də yaxın ərazilərin insanları bu ilahı nurdan geniş şəkildə bəhrələnməyə başladılar.

 

Rəbiul-əvvəl ayı hicri təqviminin 3-cü ayıdır. II Xəlifənin zamanında miladi 637-ci ildə yeni islam təqvimi təsis edildi və ilin başlanğıcı Allah Rəsulunun (s) hicrəti ilə hesablanmağa başlanıldı. 622 ci il iyulun 16-sı hicri təqviminin başlancığı kimi qəbul edildi. Hicri-qəməri adlanan bu təqvim öz hesablarını ayın "mənzilləri" ilə hesablayır.

 

Hazırda bir çox müsəlman ölkələri hicri-qəməri və hicri-şəmsi olaraq öz təqvimlərində Peyğəmbərin (s) hicrəti ilə hesablanan təqvimdən istifadə edirlər.

 

Y.Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system