NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 205
Allah nə zaman mömini siddiqlərin cərgəsinə yazar?

Allah nə zaman mömini siddiqlərin cərgəsinə yazar?

İmam Sadiq (ə) nəql edir: “Allah Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! Mən Özüm üçün mömin bəndədən ən sevimlisini xəlq etməmişəm. Mən onu, onun üçün xeyir olan işlərlə imtahana çəkərəm və onun üçün isə hər nə xeyirdir, ehtiyat toplayaram.

İslaminSesi bildirir ki, (Yəni, Mən imtahan vasitəsilə onun üçün xeyir vücuda gətirərəm və həm də onun bütün xeyir işlərini onun üçün saxlayaram ki, Qiyamət günü onların mükafatını verim).

 

Mən bəndəmin xeyirinə olan işlərə ondan daha aliməm. Ona görə də Mənim bəlalarıma səbir et (çünki sənin üçün xeyirdir). Nemətlərimə şükür et və qəzalarıma razı ol.

 

O zaman ki, mömin bəndəm bu işləri görər, Mənim rizam üçün əməl edər və əmrimə itaət edər – onu siddiqlərdən yazaram””. (Həvzəh)

 

Allah Təala bizlərə bu məqamı dərk etməyi nəsib etsin.

 

/Deyerler.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system