NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Allah bəndələrinə mərhəmət – Məhərrəm ayı bizlərə nəyi öyrədir? (II hissə)

Oxundu: 154
Allah bəndələrinə mərhəmət – Məhərrəm ayı bizlərə nəyi öyrədir? (II hissə)

"Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən, O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir." Şura-40

 

Əfv (bağışlamaq) mərhəmətən əmələ gələn bir nəsnədir, əksi isə kinin nişanələrindəndir. Həsənə ( yaxşılıq) bizə məxsus olan haqqımızdan, öz razılıqımız əsasında kecməkdirsə, əfv ( bağışlamaq) qəsb olunmuş və ya qəsdi şəkildə pozulmuş hüququmuzu  bağişlamaq deməkdir.

 

Dünyada, insanlar arasında belə bir tendensiyanı müşahidə etmək olar ki? cüzi xətaların nəticəsi böyük cinayətlərlə sonunclanır. Hər bir fərdin xəta etmək imkanı vardır. Bəzən bu xətalar bilərəkdən bəzən bilməyərəkdən, bəzən məlumatsızlıqdan, bəzən isə məyyən təsir altından olur. İnsan xətakardır. Bəzən olur ki xətalar insanın doğru yola qədəm qoymasına da səbəb ola bilir. Quran buyurur: " (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən, biz səhv (xəta) etmişik».-Yusif -97.

Bu ayədən gorsəndiyi kimi, Yusif peyğəmbərin qardaşları, əmmarə nəfsin təsirinə düşərək onu quyuya atırlar. Bir neçə illərdən sonra xəta etdiklərini anlayaraq, bu xəta səbəbi ilə əsl kimliklərini tanıyaraq ataları Yaqub peyğəmbərin yanına gəlib Allahdan bağışlanmağlarını diləyirlər. Bəzən isə cüzi xəta səadət qapılarının insanın üzünə bağlanmasına səbəb olur. Quran buna belə i.arə edir:"Bəli, kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar."-Bəqərə-81.

Ayədə deyildiyi kimi, bəzən insanın etdiyi pis bir əməl səbəb olur ki digər xəta qapılarına üz tutsun. Nəticə etibari ilə bu şəxsin fitrəti xəta ləkəsi ilə örtülər və mənəvi aləmlə rabitəsinin kəsilməsinə səbəb olar. Aqibəti isə yanar od olar.

 

Allah Təala daima ali məqamlı varlıqlarına Özünün lütf, mərhəmət, məğfirət sifətini bəyan etmiş və əfv yolunu tutmuşdur. İlahi höccətlərinə (ə) bu sifəti aşılamış və onlarıda bu sifətlə xətakarlara qarşı əfv yolu ikə rəftar etmələrini təşfiq etmişdir. Allahın Muhəmməd peygəmbəri (s) bu sifətinə görə vəsf edən hədisdə belə qeyd olunur: "Mən rəhmanamsa, sənsə rəhimsən." Uhud döyüşündə peyğəmbərin  mübarək dodağını qanadan bir şəxs haqqında etdiyi duada buyurur:" Allahım, onu bağışla. Mən bildiyimi o bilmir."

 

Bəli, hər bir kəsin bağışlanmağa ehtiyacı vardır. Necə ki, İmam Əli (ə)  Malik Əştəri Misirə vali təyin edərkən, ona ünvanladığı məktubda qeyd olunur: "...Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et ,bağışla." Bu əməl vasitəsi ilə insanın düzgün yola qədəm  qoyması üçün verilən fürsətdir. İstər ailədə, istər qonşuluqda, istər qohumluqda, istərsədə yaşadığımız cəmiyyətdə hər bir fərdin bağişlanmağa ehtiyacı vardır. Bu əməl insanlar arasında münasibətlərin bərpasına, insanların biri birinə güvənin artmasına, cəmiyyətdə səadət qapılarının açılmasına səbəb ola bilər. Bu əməldən uzaq düşmək isə  cəmiyyətdə kinin, təkəbburlülüyün və təəssübkeşliyin artmasına səbəb olar.

 

 Məhərrəm ayının bizlərə öyrətdiyi dərslərdən ikincisi əfv yoludur. Bu yol düşmən cəbhəsində yer almış Hürr ibn Yəzid Riyahini cəhənnəmdən, cənnətin ali mərtəbəsinin sakinlərindən olmasına səbəb olmuşdur. Mədinədən İraqa səfər edən İmam Hüseynin (ə) karvanının qarşısını Hürr Riyahinin başçılığı ilə ibn Ziyadın ordusu kəsmiş və İmam Hüseyni (ə) gəldiyi yerə qayıtmağa da qoymamışdır. Aşura günü, baş verəcək ən böyük cinayətdən xəbər tutan Hürr Riyahi xətasını anlamış, atına minərək İman Hüseynin (ə) məskunlaşdığı xeymələrə yaxınlaşıb İmamın qarşısında dayanaraq dedmişdi:"

Ey Allah Rəsulunun (s) övladı mən o kəsəm ki, sizi bura gətirdim və sizi burada naçar buraxdım. İşin burada gələcəyini bilsəydim, Allaha and olsun ki, heç vaxt bunu etməzdim. Mən tövbə edirəm. Allah məni bağışlayarmı?

İmam (ə): Bəli Allah səni bağışlayar.

 

Məsumların ilk missiyası, xətakarları əfv qapısına aparmaq, cəhənnəm atəşindən xilas etmək idi. Nəzərlərdə hər bir xətakarı cəhənnəmə göndərmək asand, əməldə isə cəhənnəmdən, bədbəxtlikdən nicat vermək  çətindir. Bu çətin missiyanın öhdəsindən ancaq İlahi eşq ilə zəngin olan bir kəs gələ bilərdi. Bu eşq vasitəsi ilə aşıq məşüqüna çatmaq intizarında ola bilər. Bu eşq, İlahi sifətlərə sahiblənməyə səbəb ola bilər. Bu eşq insanlığın nicatı üçün canından və malından keçməsinə səbəb ola bilər. Bu eşq Kərbəla kimi məktəbin qurulmasına səbəb ola bilər. Bu eşqin qəhrəmanı İmam Hüseyn (ə), məşuq isə Allah idi. Bu eşq vasitəsi ilə insan Allahın ən sevimli quluna çevrilə bilər. Bu eşqin nişanələri insanlığa xidmətdədir. Lev Tolstoy öz əsərlərinin birində, Rahibə xanımın dilindən ilahi eşqi belə ifadə edir: Allahın qulu olmaq istəyən bir kəs, gərək Onun bəndələrinin qulu olsun".

/İslaminSesi/

Elnur Əli oğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system