NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Alimlərdən DƏHŞƏTLİ AÇIQLAMA: Milyonlarla heyvanlar yer üzündən SİLİNƏCƏK

Oxundu: 513
Alimlərdən DƏHŞƏTLİ AÇIQLAMA: Milyonlarla heyvanlar yer üzündən SİLİNƏCƏK

Alimlər hesab edir ki, insanlar təbiətin biomüxtəlifliyi və bütövlüyü üzrə qoyulan 44 məqsədin 20-sini 2020-ci ilədək həyata keçirə bilməyəcək. Bu isə gələcəkdə milyonlarla bitki və heyvanların nəslinin kəsilməsilə nəticələnəcək.

İslaminSesi-nin tsargrad-a istinadən verdiyi xəbərə görə, 50 ölkədən olan 145 alim bu qənaətə gəlib.

 

Bu haqda biomüxtəlifllik və ekoloji sistemlər üzrə Hökümətlərarası elmi-siyasi platformanın (İPBES) məruzəsində bildirilir.

 

Sənəd-in özü Fransada YUNESKO-un qərargahında təsdiq edilib. 50 ölkədən olan 145 alimin apardığı tədqiqat 3 il davam edib.

 

"İnsan fəaliyyəti heç vaxt olmadığı qədər bir çox növlərə həyati təhlükə yaradır. Orta hesabla 1 milyon növ artıq yer üzündən silinmək üzrədir. Bir çoxları üçün bu, yaxın onilliklərdə baş verəcək" - deyə alimlər xəbərdarlıq edir.

 

Yer kürəsində bu cür genişmiqyaslı dəyişikliyin gunahkarı insan və onun fəaliyyətidir. Müəlliflərin fikrincə, təbiətin töhfəsini tamamilə əvəz etmək mümkün deyil, bəzən isə ümumiyyətlə mümkünsüzdür.

 

Böhrana səbəb kənd təsərrüfatı nəticəsində tükədilmiş torpaqlar və neft sənayesidir. Həmçinin, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi də öz mənfi təsirini göstərir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system