NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Alimlər həyəcan təbili çalır: İşçilərə ehtiyac qalmayacaq

Oxundu: 41
Alimlər həyəcan təbili çalır: İşçilərə ehtiyac qalmayacaq

Avtomatlaşdırmanın dünya üzrə geniş vüsət aldığı bir vaxtda, alimlər həyəcan təbili çalırlar. Belə ki, bu proses nəticəsində müxtəlif peşə və vəzifələrdə insanların robotlarla əvəz olunacağı gözlənilir.

İslaminSesi yerli mediaya istinadən xəbər verir ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının apardığı son tədqiqatlar da belə bir nəticəyə gəlməyə əsas verir.

Tədqiqatlara əsasən, avtomatlaşdırma və rəqəmsallaşdırma nəticəsində Rusiya Federasiyası üzrə işçilərin 45,5 faizinin bilik və bacarıqlarına 2030-cu ilədək ehtiyac qalmayacaq.

Qeyd edilir ki, belə işçilər ya əmək bazarından çıxmalı, ya da yenidən təlim keçməli olacaqlar.

Tədqiqatın müəllifləri belə bir qənaətə gəliblər ki, 20,1 milyon insan "avtomatlaşdırma və rəqəmsallaşdırma riskləri" ilə üz-üzə qalacaqlar.

Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar - bu sahədə əməkdaşların 73 faizi avtomatlaşdırmanın risklərinə məruz qalacaqlar. Bu siyahıya həmçinin emaletmə sənayesi (60 faiz), kənd və meşə təsərrüfatı (58 faiz), pərakəndə satış (53 faiz) və mədənçilik sənayesi (51 faiz) daxildir.

"Burada insanın avtomatlaşdırmaya məruz qalmasından (yəni robotla əvəz olunma mümkünlüyündən) danışmaq düzgün olardı. Lakin sənin avtomatlaşdırmaya məruz qalmağın o demək deyil ki, səni sabah əvəz edəcəklər", - tədqiqatın müəllifi, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sahibkarlıq Problemləri Laboratoriyasının rəhbəri Stepan Zemtsov "İzvestiya" qəzeti ilə müsahibəsində deyib.

Zemtsovun sözlərinə görə, avtomatlaşdırma və rəqəmsallaşdırma prosesi müəyyən vaxt çəkəcək və buna görə də işçilərin yenidən təlim keçməyə və öz funksiyalarını dəyişməyə imkanları olacaq.

Vəziyyətdən çıxış yolu kimi robotlara görə vergi təyin edilməsi (yığılmış vəsaitin isə sosial yardıma yönəldilməsi) və ya dörd günlük iş həftəsinin tətbiqi misal göstərilir.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi öz növbəsində bildirib ki, əlavə vergi yükünün tətbiq edilməsi proqressiv texnologiyaların və fəaliyyət növlərinin inkişafını ləngidə bilər. Lakin bu, Rusiyanın dünya bazarında rəqabətə

dözümlüyünü azaldacaq.

 

Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system