Alimlər axır ki maqnit adamların sirrini açdı - VİDEO

Oxundu: 85
Alimlər axır ki maqnit adamların sirrini açdı - VİDEO

Ginnesin Rekordlar Kitabının rekordçusu, heyrətamiz qabiliyyətləri ilə "bidonbaş adam” və "X-Menlərin real nümayəndəsi” ləqəbini qazanmış Cemi Keyton yenidən nəzərləri öz üzərinə çəkməyi bacarıb.

İslaminSesi xəbər verir ki, o bu dəfə başının niyə belə qeyri-adi olmasını izah etməklə gündəmə gəlib.
 
"The Daily Mail"ə danışan bu unikal adamın dediyinə görə, tibb alimləri ona başındakı bu cazibənin sirrini açıb. Ceymini xəstə olduğuna inandıran həkimlərin bildirib ki, Cemi nadir dəri xəstəliyindən əziyyət çəkir, bunun nəticəsində onun dərisinin nəfəs almasını təmin edən hüceyrələri kiçik nasoslara çevrilərək cazibə yaradır. Bu cazibənin sayəsində dəri ilə təmasda olan əşyalar cildə yapışır. Yəni onun gücünün təbiəti pnevmatikdir.
 
Alimlər Ceymi Keytonun pnevmatikasının hansısa şəkildə bədəninin temperaturuyla bağlı olduğunu istisna etmir, – onun bədən temperaturu xroniki olaraq yüksəlir və 37,8 dərəcədən aşağı düşmür, -  ancaq bunula belə, buradakı əlaqənin nədən ibarət olduğunu izah etməyə də çətinlik çəkirlər. İzah edilməyən məsələlərdən biri də odur ki, niyə o, ildən-ilə daha ağır cismləri cəzb edə bilir. 
 
Qeyd edək ki, başına müxtəlif cismlərin, eləcə də şüşə bidonların yapışması ilə məşhur olan rekordçunun 47 yaşı var. O bu qabiliyyətini 7 yaşında kəşf edib. Uzun müddət gülüş hədəfi olacağını düşünərək qabiliyyətini gizləsə də, bu yolla – başıyla yaxşı qazana biləcəyini anlayandan sonra sirrini açaraq müxtəlif şoularda iştirak etməyə başlayıb. İndilər onun həftəlik gəliri orta hesabla 8 min dollardır.  /Qaynarinfo/
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system