Ali Rada qondarma “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Oxundu: 69
Ali Rada qondarma “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, hakim “Xalqın xidmətçi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

 

"Fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb", - deyə səfirliyin məlumatında qeyd olunub./APA/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system