NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ali məktəblərin bakalavriat səviyyəsinə ixtisas seçiminin vaxtı uzadılıb

Oxundu: 309
Ali məktəblərin bakalavriat səviyyəsinə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb.

 

İslaminSesi bildirir ki, bu barədə  Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

 

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system