Ali Dini rəhbər benzinlə bağlı qərara münasibət bildirdi
Oxundu: 109
11:56, 18.11.2019
İran İslam İnqilabının Ali Dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei benzinin qiymətinin bahalaşması ilə bağlı qərara münasibət bildirib.
İslaminSesi mehrnews-a istinadən xəbər verir ki, İran İslam İnqilabını rəhbəri Ayətullah Seyyid Əli Xamenei benzinin qiymətinin qalxması ilə bağlı verilən qərarı 3 dövlət strukturunun (icra, qanun verici və məhkəmə orqanları) yekdilliklə qəbul etdiyi qərar adlandırıb və hökümətin qərarını dəstəklədiyini bildirib.
İnqilab rəhbəri bu qərarı düşünülmüş, istehlak planına uyğun bir qərar adlandırıb və tətbiq edilməli olduğunu bildirib.
Həmçinin qərara qarşı etiraz etmək vətəndaşların haqqıdır deyən Ayətullah Xamenei, dağıtmaq, dövlət əmlakına və digərlərinin malına zərər vurmağı pisləyib və bunu şərr qüvvələrin işi adlandırıb.
İslam İnqilabının Rəhbəri, əks-inqilabçıların və düşmənlərin bu cür təxribatçı aktlara həmişə təşviq etdiyini və bu istiqamətdə fəal hərəkət etdiklərini diqqətə çatdırıb.
DİGƏR SİYASƏT XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Sədr cərəyanı bütün təşkilat və ofislərini bağlayır 12:48, 14.12.2019
-
Amerika və İsrail Livan xalqını şantaj edir – Həsən Nəsrullah 12:37, 14.12.2019
-
““Dərin dövlət” “erməni soyqırımı”nı qəbul etdirməklə, Türkiyədən daha çox, Trampa zərbə vurur” – Elxan Şükürlü 12:00, 14.12.2019
-
İmran Xan Səudiyyəyə gedir - Vasitəçilik etməyə 11:24, 14.12.2019
-
Konqres Qaşoqçının qatillərinin tapılması üçün “CİA”-ya bir ay vaxt verdi 10:59, 14.12.2019
-
Tramp demokratları “Nİifrət partiyası” adlandırdı 09:51, 14.12.2019
-
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt 16:41, 13.12.2019
-
Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq - Boris Conson 16:08, 13.12.2019
ŞƏRH YAZIN