AKP iqtidarının başı dərddə - CHP-nin hakimiyyətə yolu açılır

Oxundu: 1044
AKP iqtidarının başı dərddə - CHP-nin hakimiyyətə yolu açılır

Məhəmməd Əsədullazadə: “Əgər İmamoğlu təkrar seçkilərdə qalib gələrsə Türkiyə hakimiyyətinə iddialı olacaq və Ərdoğanın əsas siyasi rəqibinə çevriləcək”

 

Türkiyədə iyunun 23-də keçiriləcək seckilər öncəsi siyasi hərarət getdikcə  yüksəlməkdədir. İstanbulda baş turacaq bələdiyyə seçkilərinin ikinci turuna doğru zaman azaldıqca siyasi ekspertlərin nəticə ilə bağlı proqnozları da artır. Maraqlıdır ki, əksər analitiklər hakim AKP-nin namizədi Binəli Yıldırımla ana müxalifət sayılan CHP-nin iddiaçısı Əkrəm İmamoğlu arasında keçəcək seçki mübarizəsində ikincinin daha çox şansa sahib olduğunu vurğulayırlar. Qarşıda iki namizəd arasında gedəcək   debatdan çox şeyin asılı olacağını bildirən ekspertlər əsas diqqəti kürdlərin ən çox yaşadıqları İstanbulda edəcəkləri seçimlərə yönəldirlər. Belə ki, təxminlərə görə, kürdlər CHP namizədinə səs verəcəklər ki, bu da nəticələr üçün həlledici ola bilər.

 

Yaxşı, nəzərə alsaq ki, Ərdoğan prezidentliyə məhz bələdiyyə seçkilərindən gəlib, onda bələdiyyə seçkilərinin ikinci turunda Əkrəm İmamoğlunun qalib gələcəyi halda uzun müddətdir hakimiyyətdə olan AKP hökumətini nələr gözləyə bilər?

 

"İslamınSəsi" saytına danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyənin siyasi həyatında İstanbul mühüm rol oynayır və buna görə, böyük meqapolis olan bu şəhərdə seçkilər ölkənin siyasi sisteminə ciddi təsir edir: "Bundan əlavə şəhər siyasi partiyalar arasında güc balansını ortaya qoyur. İstanbulda qalib gələn partiya və siyasi şəxs ölkə rəhbərliyinə ən ideal namizəd olur. Həmçinin İstanbulun iqtisadi potensialı mühüm əhəmiyyət kəsb edən amildir. 20 ildir ki, İstanbul Ərdoğanın nəzarətindədir. CHP namizədi Əkrəm İnamoğlunun 31 mart seçkilərində qalib gəlməsi hakmiyyət üçün böyük bir siyasi faciəyə səbəb oldu. Çünki AKP bu şəhərdə ciddi şəkildə siyasi nokauta məruz qaldı. Əgər İmamoğlu təkrar seçkilərdə qalib gələrsə Türkiyə hakimiyyətinə iddialı olacaq və Ərdoğanın əsas siyasi rəqibinə çevriləcək. Bununla da İmamoğlunun hakimiyyətə yolu açılacaq".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system