Akif Nağı İran səfiri ilə görüşdü

Oxundu: 133
Akif Nağı İran səfiri ilə görüşdü

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu gün İran İslam Respubublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

 Görüşdə Azərbaycan mətbuatında iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək bəzi məlumatların yayılması ilə bağlı məsələ müzakirə olunub. QAT sədri bu məsələ ilə bağlı, xüsusilə də iranlı idmançı Mehdi Çandehkarın Dağlıq Qarabağa, Şuşaya getməsi və İranda Erməni şagirdlərinin olimpiadasının keçirilməsi və orada guya Dağlıq Qarabağdan olan komandanın iştirakı ilə bağlı məlumatlara dair cəmiyyətdə olan narahatçılığı cənab səfirin diqqətinə çatdırıb. Cənab səfir bu məsələ ilə bağlı ətraflı məlumat verib və bu məlumatların təxribat xarakterli olduğunu, reallığı əks etdirmədiyini bildirib və cənab səfir xüsusi olaraq vurğulayıb ki, İranla Azərbaycanın münasibətlərinə müəyyən qüvvərlər xələl gətirmək istəyirlər və ona görə də vaxtaşırı bu cür təxribat xarakterli məlumatları mətbuata ötürürlər, amma bu cür təxribatlar iki dost və qardaş ölkənin münasibətlərinə heç bir halda mənfi təsir göstərə bilməz, bu münasibətlər yüksələn xətlə inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Sonda Akif Nağı bu məlumatlara aydınlıq gətirsiyinə görə cənab səfirə təşəkkür edib.

 

QAT Mətbuat Xidməti
20.09.2019.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system