NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP xalqımızı Qurban bayramı münasibəti ilə təbrik etdi

Oxundu: 482
AİP xalqımızı Qurban bayramı münasibəti ilə təbrik etdi

AİP müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını, dünya müsəlmanlarını təbrik edib. Təbrikdə deyilir:

“Əziz həmvətənlərimiz, müsəlman qardaş və bacılar! Sizləri müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Həzrət İbrahim Peyğəmbərdən yadigar qalan bu bayram insanlığın, onun Allaha bəndəçiliyinin ən uca məqamını, fəlsəfi mahiyyətini, Allah-Taalanın insana rəhməti və sevgisini göstərən əzəmət simvoludur. İnsanlıq durduqca Allahın bəşər övladına bu sevgisi və rəhməti duracaq. Qurban bayramı cəmiyyətin bütövlüyünü, onun təbəqələri arasında olan insani münasibətləri tənzimləmək üçün bizlərə mənəvi göstəriciləri və tələb olunan ictimai dəylərləri təlqin edir. Bu gün vasitəsilə Uca Yaradan bəşəriyyəti haqqa və ədalətə çağırır. O, sübut edir ki, insan malik olduğu bütün varlıqlardan və ən əziz nemətlərdən belə Allah üçün, Onun əmrini yerinə yetirməyə rəğmən keçən zaman Yaradan qarşısında ucalır, əbədi olan rəhmət nemətinə qərq olur.


Allah-Taala bu nümunəni - Həzrət İbpahim Peyğəmbərin yeganə əziz-xələfi olan İsmayılın Allah yolunda qurban kəsməyə hazır olması və İsmayılın anası Hacərin güclü imanı və bu üç şəxsiyyətin tərəddüd etmədən seçimi timsalında bəşəriyyətə təqdim etməklə insanın həqiqi kamillik yolunu göstərmişdir.


Təəssüflər olsun ki, Allah-Taalanın bu imtahanından düzgün nəticə çıxarmaq əvəzinə insanlığa qarşı yersiz və ciddi haqsızlıqlar törədilir, ədalətsiz müharibələr, qətliamlar və zülmlər həyata keçirilir. Bu, hakim zümrələrin sadə insanlara, Allah, Vətən, torpaq, din yolunda hər şeydən keçə bilən möminlərə, hətta din alimlərinə qarşı münasibətdə baş verir. Dünyada hələ də müsəlmanlara həqarətlər olunur, onların hüquqları əllərindən alınır, böyük faciələrə məruz qoylur. Suriyada, Fələstində, Əfqanıstanda, Yəməndə, Kəşmirdə baş verənlər və bu haqsızlıqlara xristian ölkələrinin, dünyanın demokratik təsisatlarının, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların susması və biganəliyi müsəlman ümmətindən istismarçı siniflərə, hegemon hakimlərə qarşı birləşməyi vacib edir.


Biz Allahdan hər növ haqsızlıqlar törədən qövmlərin, ayrı-ayrı hakimlərin tezliklə hidayət olunmasını, Vətən torpaqlarımızın düşmən tapdağından azad edilməsini diləyirik. Bir daha Azərbaycanımızın müsəlman xalqını, dünya müsəlmanlarını mərhəmət dolu müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Evlərinizə bol ruzi-bərəkət, qəlblərinizə Allah sevgisi, hər kəsə can sağlığı, xoş axirət diləyirik!”

 

Hacı İlham Əliyev,
Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system