NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP Səudiyyə Ərəbistanında 6 yaşlı körpənin başının kəsilməsinə etiraz bəyanatı yaydı

Oxundu: 546
AİP Səudiyyə Ərəbistanında 6 yaşlı körpənin başının kəsilməsinə etiraz bəyanatı yaydı

AİP Səudiyyə Ərəbistanında 6 yaşlı körpənin başının kəsilməsinə etiraz bəyanatı yaydı

 

İslaminSesi - Bəyanatda deyilir:

 

Səudiyyə Ərəbistanında vəhabi sürücünün altı yaşlı Zəkəriyyə Əzzabinin başının vəhşicəsinə kəsilməsi hesab edirik ki, təsadüfi bir hadisə, fərdi münasibət zəminində baş verən faciə deyil. Hadisə Səudiyyə Ərəbistanının hazırkı siyasi sisteminin, Səud rejiminin xarakterik xüsusiyyətindən, bu cəmiyyətin şiə məzhəbinə mənsub olan əhaliyə əzəli düşmənçilik niyyətindən doğan qlobal sosial probleminin təzahürləridir. Rejimin Yəməndə törətdiyi qanlı olaylar, bombardmanlar yüzlərlə körpənin, qadın və qocanın qətlinə səbəb olmuşdur. Vəhabi əqidəsinə malik siyasi rejim Peyğəmbər (s) dövründəki sələflərinin yolunu davam etdirərək Əhli-beyt ardıcıllarına və davamçılarına qatı düşmənçiliklərini bu gün də davam etdirirlər. Mayası qəddarlıq və zülmlə yoğrulmuş Səud rejimi Amerika və İsrail rəhbərlərinin islam və müsəlman düşmənçiliyi xidmətində duraraq ətrafa “ilan zəhəri” yaymaqdan həzz alır. Humanizm və insanlıq əlamətlərində çox uzaq olan əməllərin müəllifləri Səudiyyəni nəinki İslam dininin mərkəzinə çevirir, əslində bu müqəddəs məkanı dünyanın bir şər ocağına döndərmək niyyəti güdürlər. Bu da Qərbin, Amerika və İsrailin priaritet məsələlərindən biridir. Təsadüfi deyil ki, rejim Səudiyyəni terrorun sosial bazasına çevirmişdir. Altı yaşlı bir körpəyə qarşı ağlasığmaz terror isə bu rejimlə bütün münasibətlər qurularkən hər bir xalqdan, dövlətdən diqqətli olmağı, gələcək qlobal təhlükələri göz önünə almağı zəruri hala çevirir.

 

AİP-in sədr əvəzi Hacı İlham Əliyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system